Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır – Hikmət Hacıyev

Oxunma vaxtı:40 Saniyə

Azərbaycan öz ərazilərini işğaldan azad edib və indi regionumuzda yeni imkanlar açılıb.

Doğrusöztv.Az -ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib.

H.Hacıyev bildirib ki, bu xüsusda bütün regionun geniş mənada geosiyasətini dəyişdirərək əməkdaşlığa və inkişafa yönəltmək istiqamətində Türkiyə ilə Azərbaycan qarşısında mühüm vəziflər durur.

PA rəsmisi bildirib ki, Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəddir. Ona görə də Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır. Azərbaycanla Türkiyənin sıx birliyi üçün möhkəm zəminlər var.

H.Hacıyev qeyd edib ki, Azərbaycan ilə Türkiyə TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi qlobal layihələri birgə həyata keçirib. Türkiyə və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində və diaspor sahəsində də sıx əməkdaşlıq edir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir - Hikmət Hacıyev

Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir və əminəm ki, qarşıdan gələn 10 illiklərdə də bu əlaqələr möhkəmlənəcək və inkişaf edəcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib. H.Hacıyev bildirib ki, ölkə liderləri […]