Prezident: “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır

Oxunma vaxtı:30 Saniyə

“Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir.

Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərə müraciət edərək deyib: “Siz uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün”.

Loading

Next Post

"Haber Global" II Türkiyə–Azərbaycan İnvestisiya Forumu ilə bağlı videomaterial hazırlayıb

Türkiyənin “Haber Global” telekanalı Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumu ilə bağlı videomaterial hazırlayıb. Yenixeber.org xəbər verir ki, videomaterialda tədbirdə iki ölkədən yüksək səviyyəli rəsmilərin iştirak etdikləri qeyd olunub. Bildirilib ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iki ölkə arasındakı investisiya əməkdaşlığını inkişaf etdirməyi və ortaq layihələri təşviq etməyi hədəfləyən forumda mühüm […]