

Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla görüşüb.
Nazirlər Kabinetindən “Unikal”-a verilən xəbərə görə, görüşdə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, Forumun dünya miqyasında aktual məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrildiyi bildirilib.
Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında səmərəli əməkdaşlığın olduğu məmnunluqla qeyd edilib. Görüşdə Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlar barədə söhbət açılıb. Bildirildi ki, Prezident tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasıdır.
![]()
