Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir – Hikmət Hacıyev

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir və əminəm ki, qarşıdan gələn 10 illiklərdə də bu əlaqələr möhkəmlənəcək və inkişaf edəcək.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib.

H.Hacıyev bildirib ki, ölkə liderləri şəxsində aparılan siyasət iki ölkə arasında inkişafın nümunəvi şəkildə həyata keçirilməsinə imkan verir.

PA rəsmisi qeyd edib ki, bizim vəzifəmiz iki ölkə arasında əlaqələri bütün istiqamətlərdə inkişaf etdirməkdir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı - Burhanəddin Duran

Azərbaycanla Türkiyə əməkdaşlığı daim davam etdirəcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu SETA baş koordinatoru, Türkiyə Respublikası Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duran “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib. O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə regionda yeni reallıq yaratdı. B.Duran bildirib ki, […]