Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı – Burhanəddin Duran

Oxunma vaxtı:36 Saniyə

Azərbaycanla Türkiyə əməkdaşlığı daim davam etdirəcək.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu SETA baş koordinatoru, Türkiyə Respublikası Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duran “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib.

O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə regionda yeni reallıq yaratdı. B.Duran bildirib ki, Türkiyə daim Azərbaycanın yanında olub və Azərbaycanın haqlı mövqeyini dəstəkləyib: “44 günlük müharibə zamanında da Türkiyə Azərbaycanın yanında oldu. Bir sıra dövlətlər Türkiyənin Azərbaycanın yanında olmasına sərt reaksiya göstərdi, lakin Türkiyə bunların heç birinə məhəl qoymadı. Vətən müaribəsi Azərbaycan və Türkiyənin istədiyi kimi nəticələndi.

Bu müharbədə zəfər Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıqda yeni dönəm başlatmış oldu. Biz əlaqələrimizi bundan sonra davam etdirəcəyik və daha da möhkəmləndirəcyik”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub (YENİLƏNİB) (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 saylı və Suraxanı rayonunda 97 saylı orta məktəblərdə yaradılan şəraitlə tanış olub. Hər iki məktəbdə yeni korpusların tikintisi və təmir-bərpa işləri Azərbaycan Prezidentinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər […]