İlham Əliyev Tacikistanla imzalanmış üç sənədi təsdiqlədi

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. 

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”in və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”un təsdiq edilməsi barədə fərmanlar da imzalayıb. 

Sənədlər 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanıb. 

Loading

Next Post

Bu şəxslərə Azərbaycanda daimi yaşamaq icazəsi verildi

Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi verilib. Bu, Prezident İlham Əliyevin imzaladığı Miqrasiya Məcəlləsinə dəyişikliklə bağlı Fərmanda əks olunub. Belə ki, Məcəllənin 46-cı maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan […]