Şuşaya çəkilən yeni avtomobil yolu pullu olacaq

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Şuşaya çəkilən yeni avtomobil yolu pullu olacaq.

Bunu Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa yolu sürət yolu, Şuşaya çəkilən Zəfər yolundan 20 kilometr qısadır. “Həmin yol pullu olacaq. Xarici turistlərin gələcəkdə Şuşaya axını çox olacaq. Ona görə də bu yolu ödənişli edəcəyik ki, yoldan yığılan vəsait yolun saxlanılmasında istifadə olunsun”, – deyə İdarə Heyətinin sədri qeyd edib.

Loading

Next Post

Bazar gününə olan hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında fevralın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Atmosfer […]