Tacikistanda 9 nəfər saxlanılıb – “Crocus” işi

Oxunma vaxtı:17 Saniyə

Tacikistanda “Crocus City Hall”da baş verən terror aktının 9 mümkün iştirakçısı saxlanılıb.

Bu barədə “Reuters” Tacikistan xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Moskvada bu yaxınlarda törədilən terror aktının icraçıları ilə əlaqəsi olması şübhəsi ilə 9 nəfər istintaqa cəlb olunub.

Xatırladaq ki, son məlumatlara görə, “Crocus”da qurbanların sayı 382 nəfərə yüksəlib.

Loading

Next Post

İpoteka kreditlərinin məbləği artıb

Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 52,2 milyon manat kredit verilib. Bu barədə Mərkəzi Bank məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 31,7 % azalaraq 47,9 milyon manat olub. 2 ay […]