Rusiya ordusu strateji şəhərə DAXİL OLDU

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərində döyüşlər daha da şiddətlənib.

Bu barədə “Deep State” jərbi analitik platforması məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu şəhərə yalnız şimaldan deyil, həm də şimal-qərbdən daxil olaraq yaşayış massivlərində möhkəmlənib.

Mənbələr bildirir ki, şimal istiqamətindəki “boz zona” artıq şəhər mərkəzinə qədər genişlənib və küçə döyüşləri davam edir. 

Rusiya Müdafiə Nazirliyi hələlik rəsmi açıqlama verməyib. Bununla yanaşı, rus qoşunlarının Zaporoje vilayətinin qərbində də irəliləyişi müşahidə olunur.

Ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenkonun sözlərinə görə, Kupyanskla yanaşı, Pokrovsk, Konstantinovka, Liman, Severesk və Borovaya şəhərləri də Rusiya ordusunun payız-qış kampaniyasında hücum üçün prioritet hədəflər siyahısına daxildir.

Loading

Next Post

"Bakı Kart"a yeni direktor təyin edilib

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC-yeni yeni direktor təyin edilib.  Bu, Rüfət Babakişiyevdir.  O, şirkətin rəhbərliyində Məmməd Allahverdiyevi əvəz edib.  “K Group” 2014-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 12,525 milyon manatdır.