Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib

Oxunma vaxtı:28 Saniyə

Ukrayna tərəfi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa təklifi ilə çıxış edib.

Bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

“Biz bu müraciəti nəzərə aldıq”, – o qeyd edib. 

V.Medinski Rusiyanın əlaqələri davam etdirməyə hazır olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi ilə İstanbulda birbaşa danışıqlar başa çatıb və tərəflər “1000-in 1000-ə” formulu üzrə əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, hər bir tərəf atəşkəsin gələcəyi ilə bağlı öz baxışını detallı təqdim edəcək.

“Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqların nəticəsindən məmnundur”, – V.Medinski bildirib.

Loading

Next Post

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bu gün Bakının ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq təşkil olunacaq. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata […]