“Azərbaycanla münasibətlər müsbət inkişaf edir” – Putin

Oxunma vaxtı:21 Saniyə

“Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Rusiya Prezidenti vurğulayıb: “Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır, bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur, energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var”.

Loading

Next Post

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB

Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Azərbaycan Prezidentini salamlayan Prezident Vladimir Putin dedi: -Hörmətli İlham Heydər oğlu. Hörmətli dostlar, həmkarlar. Sizin hamınızı Moskvada salamlamağa çox şadıq. Mənim Bakıya səfərim zamanı razılaşdığımız kimi bu gün görüş keçiririk. Biz indi Prezidentlə, necə deyərlər, üzbəüz danışırdıq, […]