“Bu halda “Xarici təsirin şəffaflığı haqqında” qanuna yenidən baxılacaq”

Oxunma vaxtı:29 Saniyə

Hakim partiyanın rəhbəri İrakli Qaribaşvili bildirib ki, Aİ ölkəni öz sıralarına qəbul etmək qərarına gələrsə, Gürcüstan hakimiyyəti “Xarici təsirin şəffaflığı haqqında” qanuna yenidən baxmağa hazırdır.

Bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyacağını açıqlayıb.

Loading

Next Post

Addım - addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının aprelin 19-da baş tutan səkkizinci görüşünün nəticələri nəinki regional, həm də beynəlxalq əhəmiyyətli oldu. Belə ki, nəticələr əsasına ən diqqətçəkən məqam Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunmasıdır. Ona əsasən dörd qeyri-anklav […]