Ərdəbillə Azərbaycan arasında iqtisadi əməkdaşlıq artırılacaq

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

İranın Ərdəbil vilayəti (ostandarlıq) Azərbaycan ilə sərhəddir və bu vilayət ilə Azərbaycan arasındakı iqtisadi əlaqələri daha da inkişaf etdirmək olar. Bunun üçün hər iki dövlətin sərhədyanı regionunun iqtisadi potensialı var.

Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Ərdəbil vilayətinə səfəri çərçivəsində yerli iş adamları ilə görüşü zamanı deyib.

O bildirib ki, vilayətin özünəməxsus potensialı var.

“Burada kənd təsərrüfatı və əkinçilik imkanları böyükdür. Tikinti materiallarının istehsalı və turizm sahəsində Azərbaycan ilə əməkdaşlıq əlaqələri daha da faydalı ola bilər”, – deyə İran Prezidenti qeyd edib.

M.Pezişkian Ərdəbil vilayətinin dəniz yolu ilə də qonşu dövlətlərlə ticarət əlaqəsi qurmaq imkanını vurğulayıb.

Loading

Next Post

Ter-Petrosyan Zəngəzur dəhlizi əvəzinə Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Zəngəzur dəhlizindən danışıb. Ter-Petrosyan “ilur.am”a açıqlamasında “Zəngəzur dəhlizi” əvəzinə “Zəngəzur Nəqliyyat Qovşağı”ndan istifadəni təklif edib. Levon Ter-Petrosyan hesab edir ki, “Zəngəzur Nəqliyyat Qovşağı” ifadəsini işlətmək daha düzgün olar. Onun sözlərinə görə, Ermənistan bu marşrurutun təhlükəsizliyinə tam təminat verə bilər. “Bu məsələdə Ermənistan istər-istəməz öz strateji […]