Ter-Petrosyan Zəngəzur dəhlizi əvəzinə Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir

DogruSozTv Az
Oxunma vaxtı:23 Saniyə

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Zəngəzur dəhlizindən danışıb.

Ter-Petrosyan “ilur.am”a açıqlamasında “Zəngəzur dəhlizi” əvəzinə “Zəngəzur Nəqliyyat Qovşağı”ndan istifadəni təklif edib.

Levon Ter-Petrosyan hesab edir ki, “Zəngəzur Nəqliyyat Qovşağı” ifadəsini işlətmək daha düzgün olar.

Onun sözlərinə görə, Ermənistan bu marşrurutun təhlükəsizliyinə tam təminat verə bilər.

“Bu məsələdə Ermənistan istər-istəməz öz strateji tərəfdaşları – Rusiya, ABŞ və İran arasında aşkar fikir ayrılıqlarına baxmayaraq, onların fəal əməkdaşlığını gözləyir”, – Ter-Petrosyan qeyd edib.

Loading

Next Post

İncəsənət təhsilində fərqlənən müəllimlər "Üzeyir Hacıbəyli Mükafatı" ilə təltif olunacaq

Musiqi, incəsənət məktəb və mərkəzlərinin pedaqoji fəaliyyətində xüsusi nailiyyətlər göstərən müəllimlərinə “Üzeyir Hacıbəyli Mükafatı” təqdim olunacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlik və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının həyata keçirdiyi layihə çərçivəsində ümumilikdə 25 müəllim müxtəlif sahələr üzrə mükafatlandırılacaq. Namizədlərin seçimi müsabiqə yolu ilə aparılacaq və iki mərhələdən […]