Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

Böyük Britaniyada milyonçuların sayı ən azı 2008-ci il qlobal maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib.

Bu barədə Adam Smit İnstitutunun araşdırmasında bildirilir.

İnstitutun hazırladığı “milyonçular indikatoru”na əsasən, 2021-ci ildə Böyük Britaniyada sərvəti 1 milyon funt sterlinqdən çox olan 1 milyondan artıq insan yaşayırdı. Son beş ildə onların sayı 422 min nəfərə qədər azalaraq 2008-ci ilin səviyyəsinə enib.

Araşdırmada bunun əsas səbəbləri kimi yüksək faiz dərəcələri, Böyük Britaniya iqtisadiyyatına etimadın azalması, real aktivlərin dəyərinin aşağı düşməsi, yüksək vergi yükü və vergilərin daha da artırılacağı ilə bağlı gözləntilər göstərilir.

Tədqiqat müəllifləri qeyd ediblər ki, varlı vətəndaşların ölkədən axını Böyük Britaniya iqtisadiyyatına mənfi təsir göstərir. Çünki məhz milyonçular xeyli sayda iş yerinin yaradılmasında mühüm rol oynayıblar.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,15 ABŞ dolları və ya 6,95 % azalaraq 95,58 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 90,55 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]