Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

15 iyul gecəsi dost və qardaş olan Azərbaycan xalqı da Türkiyənin yanında oldu.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda Türkiyənin 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım tədbirində jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədəki çevriliş cəhdinə qarşı olmasına və Prezident Rəcəb Tayyib Ərdoğana göstərdiyi böyük dəstəyə görə hər zaman minnətdarıq. “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı. Bu anlayış sonradan Qarabağ müharibəsi zamanı da özünü göstərdi”, – o qeyd edib.

Səfir vurğulayıb ki, tarixdən, mədəniyyətdən və ortaq dəyərlərdən gələn qardaşlıq ruhu dünən olduğu kimi, bu gün də, sabah da yaşayacaq və “bir millət, iki dövlət” prinsipinin həyata keçirilməsində mühüm rol oynayacaq.

Loading

Next Post

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 16-da havanın 38 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi […]