Tramp Roma Papasının dəfn mərasimində iştirak edəcək

Oxunma vaxtı:38 Saniyə

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcəyini açıqlayıb.

Bu barədə siyasətçi “Truth Social”da paylaşım edib.

“Melaniya və mən Papa Fransiskin dəfn mərasiminə Romaya gedəcəyik”, – ABŞ lideri yazıb.

Daha əvvəl “The New York Post” qəzeti ABŞ Prezidentinin qrafiki ilə tanış olan mənbələrə istinadən bildirmişdi ki, Trampın pontifikin dəfn mərasimində iştirak etmək üçün Vatikana gələcəyi gözlənilir. Trampın özü əvvəllər jurnalistlərə dəfn mərasimində iştirak edib-etməyəcəyini söyləməkdə çətinlik çəkmişdi.

2013-cü ildən, sələfi XVI Benediktin (1927-2022) istefasından sonra, Roma Katolik Kilsəsinə başçılıq edən Fransisk aprelin 21-də 89-cu yaşında vəfat edib. Onunla vidalaşma mərasimi Müqəddəs Pyotr kilsəsində keçirilməlidir. Tədbir ölüm günündən dörd ilə altı gün arasında baş tutmalıdır. Dəqiq tarix kardinallar tərəfindən çərşənbə axşamı müəyyən ediləcək.

Loading

Next Post

“Oskar”ın növbəti təqdimatının vaxtı açıqlandı

“Oskar” kino mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də baş tutacaq. Bu barədə Amerika İncəsənət və Elmlər Akademiyası məlumat yayıb. “98-ci “Oskar” mükafatının təqdimetmə mərasimi 15 mart 2026-cı il bazar günü keçiriləcək. Namizədlər 22 yanvar 2026-cı il cümə axşamı günü elan ediləcək”, – deyə məlumatda qeyd olunub.