Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

DogruSozTv Az
Oxunma vaxtı:41 Saniyə

Azərbaycanda iyulun 16-da havanın 38 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27 isti olacaq.

Loading

Next Post

"Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya səfəri Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı münasibətlərin yenidən dəyərləndirildiyini aydın şəkildə nümayiş etdirib. Bu barədə ABŞ-nin “Jamestown” analitik mərkəzinin məqaləsində bildirilib. Müəlliflərin qiymətləndirməsinə görə, fon der Lyayen Bakıya konkret maliyyə öhdəlikləri və Aİ-nin Azərbaycanı Avropaya qaz tədarükünün şaxələndirilməsi, Transxəzər marşrutunun və […]