Nazir özünə yeni müşavir təyin etdi

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov özünə yeni müşavir təyin edib.

Nazir bununla bağlı müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Ramil Əzməmmədov nazirin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Əzməmmədov eyni zamanda bu ilin may ayından Aqrar Sığorta Fondunun Apellyasiya Şurasının sədridir. Həmçinin Azərbaycan Tingçilər Assosiyasının İdarə Heyətinin sədri, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvüdür.

R.Əzməmmədov həm də “Grand-Agro İnvitro” MMC-nin rəhbəridir.(İqtisadiyyat.az)

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər, ikitərəfli tərəfdaşlığın inkişaf perspektivləri, habelə regionda mövcud vəziyyət və regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində […]