Bolqarıstan Rusiyaya etiraz edib

DogruSozTv Az
Oxunma vaxtı:35 Saniyə

Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona Polşada PUA insidenti ilə əlaqədar yazılı demarş təqdim edilib.

Bu barədə Bolqarıstan XİN-in bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Bolqarıstan hökuməti Polşanın hava məkanının pozulmasını pisləyir və öz müttəfiqi və tərəfdaşı ilə həmrəyliyini ifadə edir.

Diplomatik idarə sentyabrın 13-də Rusiya PUA-sı tərəfindən Rumıniyanın hava məkanının pozulması ilə bağlı insidenti də analoji şəkildə şərh edib.

E.Mitrofanovanın sözlərinə görə, keçirilən görüşdə o bildirib ki, RF Müdafiə Nazirliyi Polşada Rusiya PUA-larının olmasını rəsmən təkzib edib, çünki qeyd olunan aparatların fiziki olaraq 700 kilometrdən artıq məsafəni qət edə bilməsi qeyri-mümkündür, həmçinin qarşıya Polşa ərazisində hədəflərin vurulması ilə bağlı heç bir tapşırıq qoyulmayıb.

Loading

Next Post

Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul edib. Qəbula görə minnətdarlığını bildirən Selçuk Bayraktaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib. Görüşdə ölkələr arasında […]