Senatorlardan Baydenə çağırış – Çinə sanksiya tətbiq et!

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Bir qrup respublikaçı senator ABŞ prezidenti Co Bayden administrasiyasını milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək “Huawei Cloud” və digər Çin bulud xidməti şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Çinin bulud hesablama şirkətləri getdikcə daha çox xarici təşkilatlarla – bəzi hallarda sanksiyalar altında olan xarici təşkilatlarla əlaqə saxlayır. Onlar birbaşa ABŞ və müttəfiqlərinin milli təhlükəsizlik və iqtisadi təhlükəsizlik maraqlarına meydan oxuyur”, – məlumatda deyilir.

Qeyd edək ki, 2019-cu ilin may ayında ABŞ Ticarət Departamenti ABŞ-ın təhlükəsizlik narahatlığına görə “Huawei” şirkətini “qara siyahı”ya salıb.

Loading

Next Post

DTX rəsmisi ötən ay qeydə alınan kiberhücum barədə: “Saxta kriptovalyutanın yayılmasına nail oldular”

“Bir neçə il müddətində Azərbaycan bazarında təhlükəsizlik xidməti provayderləri fəaliyyətə başlayıblar. Onlar fəaliyyətini daha da genişləndirirlər”. “APA-Economics” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Azərbaycanda Kibercinayət və Kibertəhlükəsizlik barometri” ilə bağlı keçirilən konfransda bildirib. “Kibertəhdidlərə qarşı mübarizə tədbirləri ilə bağlı xüsusi xidmət orqanları mübarizə aparırlar. […]