DTX rəsmisi ötən ay qeydə alınan kiberhücum barədə: “Saxta kriptovalyutanın yayılmasına nail oldular”

alfonsonri
Oxunma vaxtı:41 Saniyə

“Bir neçə il müddətində Azərbaycan bazarında təhlükəsizlik xidməti provayderləri fəaliyyətə başlayıblar. Onlar fəaliyyətini daha da genişləndirirlər”.

“APA-Economics” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Azərbaycanda Kibercinayət və Kibertəhlükəsizlik barometri” ilə bağlı keçirilən konfransda bildirib.

“Kibertəhdidlərə qarşı mübarizə tədbirləri ilə bağlı xüsusi xidmət orqanları mübarizə aparırlar. Bu sahədə böyük beynəlxalq əməkdaşlıq şəbəkəsi formalaşıb ki, biz də DTX olaraq bu şəbəkənin fəaliyyətini izləyirik və platformadan aldığımız təhdid məlumatlarını da dərhal kritik informasiya infrastrukturları ilə paylaşırıq.
Mart ayında kiberhücum qeydə alındı ki, nəticədə aparıcı media qurumlarının 300-400 minlik “YouTube” kanalı ələ keçirildi. Kanal ələ keçirildikdən sonra saxta kriptovalyutanın yayılmasına nail oldular. Bunu istifadəçi mövqeyinin az olduğunu gördükdə, belə böyük istifadəçisi olan kanalda – bəlkə də bizim ailə üzvlərimiz də var, pulsuz proqramlar paylaşdılar və nəticədə insanlar o proqramları yükləyərək yoluxdular”, – deyə Davud Rüstəmov bildirib.

Loading

Next Post

Tərtərdə minaya düşən şəxsin son durumu - YENİLƏNİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti tərəfindən məlumat verildiyi kimi, 2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Piyada əleyhinə minanın partlayışı nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel […]