4 hərbi qulluqçumuz mina partlaması nəticəsində xəsarət alıb – MN

Oxunma vaxtı:22 Saniyə

Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət alıb.

Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, fevralın 8-dəTərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanın azad edilmiş ərazilərində ruhlar şəhərinin şahidi oldum - Ravvin

Azərbaycanın azad edilmiş ərazilərində 30 ildir tamamilə məhv edilmiş ruhlar şəhərinin şahidi oldum. Doğrusöztv.Az-ın məlumatına görə, bunu azad edilən əraziləri ziyarət etmiş israilli ravvin Zamir İsayev İsrailin “Jerusalem Post” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında ötən il baş vermiş müharibə uzun müddət davam edən qarşıdurmaya son qoysa […]