Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edildi

Oxunma vaxtı:23 Saniyə

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kanış Abubakirovu müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib.

Bu barədə Akorda məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Kanış Abubakirov Qazaxıstanın müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib, o, əvvəlki vəzifəsindən azad edilib”, – məlumatda bildirilib.

K.Abubakirov bu vəzifədə Sultan Kamaletdinovu əvəz edib.

Qeyd edək ki, K.Abubakirov 2024-cü ilin yanvarından yeni təyinatadək müdafiə nazirinin arxa cəbhə və hərbi infrastruktur üzrə müavini olub.

Loading

Next Post

Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB

Dünən saat 21:00 radələrində 4 nəfər (1 kişi, 3 qadın) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə APA-nın Şimal-qərb bürosuna Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti stabil qiymətləndirilən şəxslər ambulator […]