ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək

Oxunma vaxtı:25 Saniyə

ABŞ Hörmüz boğazını yox, İranın limanları və sahil xəttini blokadada saxlayır.

Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn mətbuat konfransında deyib.

O qeyd edib ki, ABŞ qüvvələri Sakit okeanda İran bayrağı altında üzən istənilən gəmini və ya İrana maddi dəstək verməyə cəhd edən hər hansı bir gəmini aktiv şəkildə təqib edəcək.

Den Keyn blokadanı yarmağa çalışan gəmilərə qarşı güc tətbiq olunacağını vurğulayıb.

General diqqətə çatdırıb ki, indiyə qədər 13 gəmi “ağıllı qərar” verərək blokadanı yarmağa cəhd göstərməyib və geri qayıdıb.

Loading

Next Post

Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib. Bu barədə Əmək və Əhalinin Sosial […]