Ərdoğan bu tarixdə Putin və Zelenski arasında görüş təşkil etmək istəyir

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskinin apreldə İstanbulda görüşünü təşkil etmək istəyir.

Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Altınbaş Universitetinin (İstanbul) rektoru Çağrı Erhan  Lente.ru-ya müsahibəsində deyib. 

“Türkiyənin indi yeganə missiyası prezidentlər Putin və Zelenskinin xarici müdaxilə olmadan heç olmasa bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır”, – deyə vurğulayıb. 

O qeyd edib ki, yalnız bu formatda münaqişə tərəfləri sülh yolu ilə nizamlanma üçün kompromis həll yoluna gələ biləcəklər.

Loading

Next Post

Onların aylıq vəzifə maaşları artırıldı - Baş nazirdən QƏRAR

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə […]