Yeni qərarının səbəbini açıqladı

Oxunma vaxtı:35 Saniyə

ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrə qarşı tətbiq edilən gömrük rüsumlarının hansı səbəbdən təxirə salınmasına aydınlıq gətirib.

O bu barədə “The New York Times”a danışıb. 

Onun sözlərinə görə, ABŞ vətəndaşları və sahibkarlar yeni tariflərin tətbiq edilməsi xəbərindən sonra panikaya düşüblər.

Bununla belə, Ağ Ev rəhbəri tətbiq etdiyi gömrük rüsumlarının fond bazarlarının çökməsinə səbəb olduğuna inanmır.

Xatırladaq ki, D.Tramp aprelin 3-də 185 ölkə və ərazidən ABŞ-yə idxal olunan məhsullara gömrük rüsumlarının artırıldığını elan etmişdi. Bunun ardınca, ABŞ şirkətləri də daxil olmaqla, şirkətlərin səhmlərinin genişmiqyaslı enməsi müşahidə edilib. Aprelin 9-da isə ABŞ lideri 75-dən çox ölkəyə tətbiq edilən yeni rüsumların 90 günlük dayandırıldığını açıqlayıb. Bununla belə, Çinə tətbiq edilən tariflər qüvvədə qalıb.

Loading

Next Post

Daşkəsəndə hərbçi binadan yıxıldı

Daşkəsəndə 36 yaşlı kişi binanın üçüncü mərtəbəsindən yıxılıb. Hadisə Daşkəsən şəhərinin Səməd Vurğun küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki, Şəmkir rayonunun Çənlibel kənd sakini E.Hümbətov pəncərədən yıxılaraq xəsarət alıb. Onun həmin ünvana qonaq getdiyi, hadisənin də bu zaman baş verdiyi bildirilir. Xəstəxanaya çatdıran E.Hümbətovun vəziyyəti orta ağırdır. […]