Ərdoğan xalqa müraciət etdi

Oxunma vaxtı:31 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə xalqa müraciət edib.

“Allah şəhidlərimizin məkanını cənnət etsin. Tarixi qiyama qatılan hər bir vətəndaşıma və həmin gecə veteran statusuna layiq görülən qardaşlarıma minnətdarlığımı bildirirəm. Küçələri, prospektləri, meydanları dolduranlara. Tanklara, helikopterlərə, silahlara bədənlərini sipər edən bu xalqın övladlarının nəcibliyini təsvir etməyə sözlər yetməz.

Çevriliş edənlərə qarşı müqavimətimizlə dostlara və düşmənlərə göstərdik ki, Türkiyə heç vaxt əsir edilə bilməz. Türk milləti heç vaxt diz çökdürülməyəcək”, – deyə o bildirib.

Xatırladaq ki, 2016-cı ilin 15 iyul tarixində FETÖ terror təşkilatı Türkiyədə dövlət çevrilişinə cəhd edib. İnsanlar küçələrə axışaraq hökumətə dayaq olublar./Oxu.az

Loading

Next Post

TƏBİB-dən suçiçəyi ilə bağlı ÜST-ə MÜRACİƏT

“Suçiçəyi peyvəndinin milli peyvənd təqviminə salınması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı qarşısında məsələ qaldırmışıq. Çünki peyvənd təqviminin müəyyən edilməsi ÜST-ün tövsiyəsi əsasında həyata keçirilir”. APA xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib. O bildirib ki, bu peyvənd digərləri […]