İstanbulda məhbusları daşıyan avtomobil aşıb, 10 nəfər yaralanıb

Oxunma vaxtı:20 Saniyə

Türkiyənin İstanbul Şəhər Jandarma Komandanlığına məxsus və məhbusların daşınması üçün nəzərdə tutulmuş avtomobil naməlum səbəbdən aşıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, avtomobildə sürücü ilə yanaşı, 12 məhbus, 4 jandarma əməkdaşı olub.

Qəza nəticəsində ikisi ağır olmaqla 10 nəfər xəsarət alıb. Ağır yaralılardan birinin jandarma əməkdaşı, digərinin isə məhbus olduğu bildirilib. Digər 8 yaralıdan 4-ü jandarma əməkdaşı, 4-ü isə məhbusdur.

Hadisənin səbəbi araşdırılır.

Loading

Next Post

Bakının bəzi yollarında tıxac yaranıb

Bakının bəzi yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Üzeyir […]