Onların aylıq vəzifə maaşları artırıldı – Baş nazirdən QƏRAR

alfonsonri
Oxunma vaxtı:37 Saniyə

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri dəyişib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 871 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 785 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 700 manat müəyyən edilib.

İndiyə qədər Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 792 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 714 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 636 manat müəyyən edilmişdi.

Bu Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.

Loading

Next Post

Kamran Əliyev İsmayıllıda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il martın 13-də, saat 10:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ və Oğuz rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və […]