İran XİN: ABŞ-nin hücumlarını cavabsız qoymayacağıq

Oxunma vaxtı:36 Saniyə

İran İsrailin hücumlarının davam etməsi fonunda ABŞ ilə danışıqlar aparmayacaq, lakin onun İslam Respublikasının nüvə obyektlərinə endirdiyi zərbələrə cavab verəcək.

Bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxtri Rəvançi bildirib.

O, ölkənin nüvə obyektlərinə son hücumları belə şərh edib: “İsrailin ABŞ-nin dəstəyi ilə bizə hücum etdiyi bir vaxtda dialoqu davam etdirməyin mənası yoxdur. Biz sadəcə danışıqlar naminə danışıqlar aparmırıq”.

Onun sözlərinə görə, Tehran iyunun 13-də İsrailin İrana hücumu zamanı Vaşinqtonla əlaqə saxlayıb, “akin cari hadisələr dialoqu davam etdirməyi qeyri-mümkün edir.

Nazir müavini həmçinin bildirib ki, İran ölkənin nüvə obyektlərinə ABŞ-nin hücumlarına cavab verəcək, lakin o, mümkün cavab addımlarının təfərrüatlarını açıqlamayıb: “Mən hərbçi deyiləm, amma bizim hərbçilərimiz nə edəcəklərini bilir və bunu edəcəklər”.

Loading

Next Post

İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.