Tbilisidəki etirazlarda saxlanılanların sayı artdı – Yenilənib

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı 66-ya çatıb.

Bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Etirazçıların polis istiqamətində pirotexniki vasitələr və Molotov kokteylləri atdığı, nəticədə 50 polis əməkdaşının xəsarət aldığı bildirilib.

Məlumata görə yaralanan polislərdən bəzilərinə cərrahi müdaxilə edilib.

***

Gürcüstandakı etiraz aksiyalarında daha 10 nəfər saxlanılıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, ötən gündən saxlanılanların sayı 76-ya çatıb.

Qeyd edək ki, dünəndən başlayaraq bu gün səhər saatlarına kimi Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranmışdı. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “xarici agentlər” haqqında qanuna etiraz edirdilər.

Loading

Next Post

Günün qoroskopu: Münasibətlərə yeni məna verin

Ddünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Qoç – ətrafınızda yaşanan olayları nəzərə alaraq ehtiyatlı olun. Hadisələrə vaxtında, təxirəsalınmaz, sürətli reaksiya verin. Hisslər, emosiyalar, antipatiyanın qarşısını almaq çətindir. Onlar əhvalınıza təsir edəcək, stimul və məqsədləri müəyyənləşdirəcək. Başqasının tələbi və ya göstərişi […]