Ukraynaya ikinci hücum dalğası hazırlanır – Zabit

Oxunma vaxtı:36 Saniyə

Ukraynaya hücum zamanı rus qoşunları hazırladıqları raketlərin yalnız üçdə birini istifadə edib. Ola bilsin ki, düşmən növbəti hücuma hazırlaşır.

Bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman deyib.

“Bu atışma gözlənilən qədər güclü olmadı. Ay yarımdan artıq müddət ərzində raket hücumu olmayıb.

Ona görə də zərbənin güclü olacağı gözlənilirdi. Nəyə görə belə oldu? Ona görə yox ki, onlar güclü hücum etməmək qərarına gəliblər. Ukraynaya ikinci hücum dalğası olacaq. Niyə raketləri atmadıqları böyük sualdır.

Belə bir hücumun yaxın günlərdə baş verə biləcəyinə gəlincə, düşünürəm ki, bu gün də ola bilər. Məncə, onlar bizim hava hücumundan müdafiəmizi sınaqdan keçirirdilər. Bu, səhv bir fərziyyə ola bilər, amma məntiq çox sadədir: onlar ayda istehsal edə bildikləri qədər raket buraxırlar”, – o bildirib.

Loading

Next Post

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.VII əsrin yadigarı olan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər.