Meymunçiçəyinə yoluxma halları artır

alfonsonri
Oxunma vaxtı:56 Saniyə

Meymunçiçəyi Afrika qitəsi ölkələrindən başqa, daha 15 ölkədə qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasında bildiriblər.

“Əlbəttə, COVID-19 pandemiyası dünyamızda yeganə böhran deyil… Biz iqlim dəyişikliyi, ədalətsizlik və geosiyasi rəqabətin qaynaqlandığı xəstəliklər, quraqlıq, aclıq və müharibələrin nəhəng birləşməsi ilə üzləşirik”, – deyə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

Meymunçiçəyinin ilkin simptomlarına qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı və əzələ ağrısı daxil edilir. Qızdırma keçən kimi çox vaxt əvvəlcə üzdə, sonra bədənin digər hissələrinə, ən çox da ovuclara və ayaq altına yayılan səpgilər görünə bilər. Çox qaşınan ya ağrılı ola bilən səpgi dəyişir, müxtəlif mərhələlərdən keçir, qabıq bağlayır və nəhayət düşür. Yaralar köz bağlaya bilər.

İnfeksiya adətən özü-özünə keçir və 14-21 günə qədər davam edir.

Meymunçiçəyi ən çox Mərkəzi və Qərbi Afrikada rast gəlinir. Bu həftə ərazilərində xəstəliyin yayılmasını ABŞ, Kanada, İspaniya, Portuqaliya, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, Avstriya və Avstraliyanın səlahiyyətliləri təsdiq ediblər. Bütün dünyada 80-ə yaxın təsdiqlənmiş yoluxma halı qeydə alınıb, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aşkar edildiyi ölkələrin adını çəkmədən meymunçiçəyi şübhəsi olan daha 50 xəstədən danışır.

Təşkilat yoluxma hallarının sayının artacağı ilə bağlı xəbərdarlıq edir.

Loading

Next Post

İrəvanda itaətsizlik aksiyaları davam edir - CANLI

Ermənistan paytaxtında Nikol Paşinyan hökumətinin istefası tələbi ilə müxalifətin təşkil etdiyi itaətsizlik aksiyaları yenidən başlayıb. Dogrusoztv.az erməni KİV-ə  istinadən xəbər verir ki, səhər saatlarında nümayişçilər şəhərdə nəqliyyatın hərəkətini iflic etmək üçün bir neçə küçəni bağlayıblar. Xatırladaq ki, Ermənistanda mayın 2-dən etibarən “Müqavimət” hərəkətinin nümayəndələri  Baş nazir istefası tələbi ilə itaətsizlik aksiyalarına […]