Pakistan ordusu Hindistanı Kəşmirdəki SES-ə hücumda ittiham edib

Oxunma vaxtı:14 Saniyə

İslamabad Hindistanı Kəşmirdəki Su Elektrik Stansiyasına (SES) hücumda ittiham edib.

Bu barədə “Samaa” telekanalı məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində stansiya zədələnib.

“Hindistan “Neelum Jhelum” SES-ə zərbə endirərək onu zədələyib”, – Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri telekanala bildirib.

Loading

Next Post

Şahbaz Şərif Pakistan Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla münaqişənin kəskinləşməsi ilə əlaqədar Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb.Bu barədə Baş nazirin ofisi məlumat yayıb. İclasda ordu rəhbərliyi də iştirak edir. İclasın sonunda Ş.Şərifin xalqa müraciət edərək gələcək addımları elan edəcəyi gözlənilir.