Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

DogruSozTv Az
Oxunma vaxtı:47 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul edib.

Qəbula görə minnətdarlığını bildirən Selçuk Bayraktaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə ölkələr arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən dövlət başçısı qeyd edib ki, birliyimiz dünya miqyasında önəmli amildir.

Prezident İlham Əliyev bölgədə artıq sülh dövrünün başladığını vurğulayıb.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin 2021-ci ildə məhz Şuşa şəhərində imzalanmasının önəminə toxunulub.

Bugünkü görüşün 15 sentyabr – Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad olunmasının 107-ci ildönümünə təsadüf etməsi məmnunluqla vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və Türkiyənin hərbi qurumları arasında qardaşlığa, strateji müttəfiqliyə əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Loading

Next Post

"Qarabağ" üçün önəmli gün

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə start verən “Qarabağ” bu gün ilk oyununa çıxacaq. Təmsilçimiz Portuqaliya nəhənglərindən olan “Benfika” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qeyd edək ki, “Qarabağ” növbəti görüşünü oktyabr ayının 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Təmsilçimiz Danimarkanın “Kopenhagen” klubunu qonaq […]