Azərbaycanda turizm informasiya mərkəzləri ləğv olundu

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, turizm informasiya mərkəzləri ləğv edilib.

Ləğv edilmiş mərkəzlər aşağıdakılardır:

1. Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);

2. Şamaxı Turizm İnformasiya Mərkəzi;

3. Xaçmaz Turizm İnformasiya Mərkəzi;

4. Quba Turizm İnformasiya Mərkəzi;

5. Lənkəran Turizm İnformasiya Mərkəzi;

6. Gəncə Turizm İnformasiya Mərkəzi;

7. Şəki Turizm İnformasiya Mərkəzi;

8. Zaqatala Turizm İnformasiya Mərkəzi;

9. Qəbələ Turizm İnformasiya Mərkəzi;

10. İsmayıllı Turizm İnformasiya Mərkəzi;

11. Bərdə Turizm İnformasiya Mərkəzi.

Loading

Next Post

Əmək pensiyalarının yenidən hesablanması qaydası dəyişdi

Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi qaydasına dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliklə əmək pensiyalarının yenidən hesablandığı halların siyahısı genişləndirilib. Əlavə edilən yeni […]