İpoteka kreditlərinin məbləği artıb

Oxunma vaxtı:26 Saniyə

Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 52,2 milyon manat kredit verilib.

Bu barədə Mərkəzi Bank məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 31,7 % azalaraq 47,9 milyon manat olub.

2 ay ərzində İKZF istiqraz buraxmaqla 50 milyon manat vəsait cəlb edib (ötən ilin eyni dövründə vəsait cəlb etməyib), 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 21,9 milyon manat vəsait ayrılıb.

Loading

Next Post

Putin Təhlükəsizlik Şurasında qonşularla əlaqələrdən DANIŞDI

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb Görüşdə Rusiya Federasiyasının ən yaxın tərəfdaşları ilə əlaqələri müzakirə olunub. İclas Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı ilə başlayıb . “Bizim üçün ən vacib olan ən yaxın tərəfdaşlarımızla, dostlarımızla, qonşularımızla münasibətdir. […]