Putin Təhlükəsizlik Şurasında qonşularla əlaqələrdən DANIŞDI

Oxunma vaxtı:30 Saniyə

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb

Görüşdə Rusiya Federasiyasının ən yaxın tərəfdaşları ilə əlaqələri müzakirə olunub. İclas Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı ilə başlayıb .

“Bizim üçün ən vacib olan ən yaxın tərəfdaşlarımızla, dostlarımızla, qonşularımızla münasibətdir. Bu, ənənəvi olaraq belə olub və qonşularımızla ticarət, iqtisadi və siyasi əlaqələrin səviyyəsi durmadan artır. Biz həmişə ondan çıxış edirik ki, bu əlaqələr qarşılıqlı maraqlar əsasında, bir-birinin maraqları nəzərə alınmaqla qurulmalıdır”, – deyə Putin görüşün əvvəlində bildirib.

O, Təhlükəsizlik Şurasının üzvlərinə yuxarıda göstərilən sahələrdən birini nəzərdən keçirməyi təklif edib.

Loading

Next Post

Tanınmış alimi əşyaları ilə birlikdə küçəyə atdılar - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, “Quran”ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Qonşuların sözünə görə, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib. Alimin 5 mindən artıq kitabının […]