İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər, 21 nəfər yaralanıb – YENİLƏNİB

Oxunma vaxtı:36 Saniyə

İsrail ərazisinə İranın səhər hücumu nəticəsində azı 21 nəfər yaralanıb, iki nəfər isə ölüb.

Bu barədə İsrailin “Ynet” portalı Milli Tibb Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, təxminən 30 yaşlı kişi aldığı xəsarətlərdən keçinib, kritik vəziyyətdə xəstəxanaya yerləşdirilmiş daha bir qadın da sağ qalmayıb.

Xidmət həmçinin qeyd edib ki, zərbələr nəticəsində azı altı bina dağıdılıb.

***

İranın İsrail ərazisinə qarşı son – dördüncü dalğa hücumları nəticəsində azı 13 nəfər yaralanıb.

Bu barədə İsrailin Milli Tibbi Xidməti (“Magen David Adom”) sosial şəbəkədə məlumat yayıb.

Xidmətə görə, yaralılardan birinin vəziyyəti kritik, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xidmət tərəfindən paylaşılmış fotoda uçmuş bina və digər dağıntılar görünür.

Əvvəllər bildirilmişdi ki, şənbə gecəsi İran hücumları nəticəsində 63 nəfər xəsarət alıb, bir qadın aldığı yaralardan keçinib.

Loading

Next Post

Dünya çempionatı: Bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulacaq

Bu gün Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə böyüklər arasında keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq. İkinci yarış günündə Gültac Məmmədəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) tatami üzərinə çıxacaqlar. Paşayev 1/32 finalda Ronald Limanın (Braziliya) müqavimətini qırmağa çalışacaq. Məmmədəliyeva isə eyni raundda Sofiya Asvesta (Kipr) ilə üz-üzə gələcək. […]