“Venesuelada itkimiz yoxdur” – Ağ Ev rəsmisi

Oxunma vaxtı:26 Saniyə

ABŞ-nin Venesuelada həyata keçirdiyi zərbələr zamanı Birləşmiş Ştatlar ordusu tərəfındən heç bir itki qeydə alınmayıb.

Bu barədə “The New York Times” (NYT) qəzeti Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, əməliyyat zamanı amerikalı hərbçilər arasında ölən və ya yaralanan olmayıb. Bununla belə, Ağ Ev rəsmisi Venesuela tərəfinin verdiyi itkilərlə bağlı hər hansı şərh verməkdən imtina edib.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən ABŞ Venesuelaya hava zərbələri endirib. Son məlumatlara görə, ölkə prezidenti Nikolas Maduro və xanımı ABŞ hərbçiləri tərəfindən ələ keçirilib.

Loading

Next Post

Rubio Maduronun saxlanılmasından sonra ABŞ-dən Venesuela ilə bağlı yeni addım gözləmir

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Venesuela Prezidenti Nikolas Maduro saxlanıldıqdan sonra ABŞ-dən bu ölkəyə qarşı yeni fəaliyyət gözləmir. Bunu respublikaçı senator Mayk Li “X” sosial şəbəkəsində Dövlət Departamentinin başçısı ilə telefon danışığının yekunları üzrə bildirib. “O (Rubio) mənə bildirib ki, Nikolas Maduro Birləşmiş Ştatlarda cinayət ittihamları üzrə […]