Rubio Maduronun saxlanılmasından sonra ABŞ-dən Venesuela ilə bağlı yeni addım gözləmir

Oxunma vaxtı:39 Saniyə

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Venesuela Prezidenti Nikolas Maduro saxlanıldıqdan sonra ABŞ-dən bu ölkəyə qarşı yeni fəaliyyət gözləmir.

Bunu respublikaçı senator Mayk Li “X” sosial şəbəkəsində Dövlət Departamentinin başçısı ilə telefon danışığının yekunları üzrə bildirib.

“O (Rubio) mənə bildirib ki, Nikolas Maduro Birləşmiş Ştatlarda cinayət ittihamları üzrə məhkəmə araşdırmasının keçirilməsi üçün amerikalı hərbçilər tərəfindən həbs edilib və bu gün şahidi olduğumuz güc tədbirlərinin məqsədi həbs orderini icra edənləri müdafiə etmək olub”, – o qeyd edib.

M.Linin sözlərinə görə, Rubio bildirib ki, Maduronu ABŞ-də cinayət ittihamları ilə əlaqədar məhkəmə prosesi gözləyir.

“Bu fəaliyyətlər yəqin ki, ABŞ heyətinin faktiki və ya qaçılmaz hücumdan müdafiəsi üçün Konstitusiyanın II maddəsinə əsasən prezidentin ayrılmaz səlahiyyətlərinə aiddir. O, (Rubio) Maduronun ABŞ-də həbsdə olması ilə əlaqədar Venesuelada başqa fəaliyyətlər gözləmir”, – senator vurğulayıb.

Loading

Next Post

Biləsuvar və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvar və Lənkəran rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumata görə, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq. Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində […]