Biləsuvar və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Oxunma vaxtı:39 Saniyə


Bu gün Biləsuvar və Lənkəran rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumata görə, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq.

Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində və rayonun Ağayrı, Aşağı Cürəli, Bəydili, Çaylı, Dərvişli, Əliabad, Əsgərabad, Xırmandalı, Yuxarı Cürəli, Zəhmətabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Lənkəran EŞ-nin ərazisində 35 kV-luq “Hirkan” hava xəttində də təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Gərmətük, Hirkan qəsəbələri, Kosalar, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Tokayev: Dövlət sistemini dəyişdirmək niyyətində deyiləm

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlament islahatı zamanı dövlət sistemini şəxsi maraqlara görə dəyişmək niyyətində olmadığını bildirib. O bu barədə “Türkistan” qəzetində dərc olunan müsahibəsində bildirib. Ölkə lideri islahatın məqsədinin parlament sədrinin dövlət idarəçilik sistemində əsas vəzifəyə çevirmək və bu vəzifəni özü üçün hazırladığı barədə iddiaları təkzib edib. “Bu, fantaziyadır. Belə […]