Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək – Sərəncam

Oxunma vaxtı:41 Saniyə

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planlarında göstərilmiş, dövlət mülkiyyətinə aid 29,63 hektar (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar) torpaq sahəsinin icarəyə vermək hüququ ilə həmin Nazirliyin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı iki ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər”.

Loading

Next Post

Samuxda evləri sel suları basdı - Video

Samux rayonunun Burunqovaq kəndində evləri sel suları basıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Qabırrıçay çayına sel gəlməsi səbəbindən Samux rayonunun Burunqovaq kəndində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat […]