Samuxda evləri sel suları basdı – Video

Oxunma vaxtı:26 Saniyə

Samux rayonunun Burunqovaq kəndində evləri sel suları basıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Qabırrıçay çayına sel gəlməsi səbəbindən Samux rayonunun Burunqovaq kəndində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

Loading

Next Post

İlham Əliyev “Gənclik”dəki parkda görülən işlərlə tanış oldu - Fotolar

Prezident İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verib. Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə […]