Prezident İlham Əliyev San-Marinonun Regent Kapitanlarına təbrik məktubu göndərib

Oxunma vaxtı:19 Saniyə

Prezident İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Alessandro Rossi və xanım Milena Qasperoniyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Loading

Next Post

Bu yol təmirə bağlanır

Sentyabrın 4-ü saat 06:00-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bu, ərazidə aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun […]