Zəngəzur dəhlizi bütün region üçün iqtisadi imkanlar yaradacaq – Hikmət Hacıyev

Oxunma vaxtı:49 Saniyə

Zəngəzur dəhlizi həm Azərbaycan və Ermənistan, həm də bütün region üçün iqtisadi imkanlar yaradacaq.

Doğrusöztv.Az – ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Washington Times” nəşrində dərc olunan məqaləsində deyilir.

H.Hacıyev bildirib ki, dəhlizin açılması ilə Naxçıvanın təcridi başa çatacaq, Ermənistanın paytaxtı isə Azərbaycan vasitəsilə Moskva və digər paytaxtlarla əlaqə yaradacaq:

“Azərbaycan ümid edir ki, bu ümumregional transformasiya prosesində ATƏT Minsk qrupu keçmişdə qalmayacaq, əksinə, gələcəyin parçası olacaq. Öz təcrübəsi sayəsində ATƏT Minsk qrupu gələcək illərdə Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsində vacib rol oynaya bilər. Nəticədə bütün bu tədbirlər Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinə gətirib çıxara bilər. Amma sülh və əməkdaşlıq əvəzinə revanşizm cəhdləri yeni faciələrə çevrilə bilər”.

Məqalədə qeyd olunur ki, iki ölkə etimadın möhkəmləndirilməsi yoluna yenicə qədəm qoysa da, artıq sərhədlərin delimitasiyası və demarkasiyası, münasibətlərin normallaşması kimi mübahisəli məsələlərin həlli üçün imkanlar açılmaqdadır:

“Etimadın möhkəmləndirilməsi üçün mərhələli addımlar əməkdaşlığa gətirib çıxaracaq. Bu addımlar sayəsində bizim hədəfimiz daha aydın olacaq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Media subyektləri ilə bağlı layihəmiz yenilikdir, bu, köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz - Əhməd İsmayılov

Onlayn media subyektlərinin dəstəklənməsi üzrə layihəmiz yenilikdir. Doğrusöztv.Az – ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişaf Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib. Onun sözlərinə görə, bu vaxta qədər bu istiqamətdə müsabiqələr həyata keçirilməyib. İlk dəfə olaraq idman mediasına dəstək kampaniyası təşkil olunub: “Bu müsabiqələr tam yeni formatda yeni […]