İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik edib

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliyanın general-qubernatoru Samanta Mostinə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli xanım General-Qubernator,

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Loading

Next Post

Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ

Bakıda yanvarın 27-də bəzi yerlərdə çiskinli yağış, rayonlarda isə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz […]