Tokayev: Dövlət sistemini dəyişdirmək niyyətində deyiləm

Oxunma vaxtı:31 Saniyə

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlament islahatı zamanı dövlət sistemini şəxsi maraqlara görə dəyişmək niyyətində olmadığını bildirib.

O bu barədə “Türkistan” qəzetində dərc olunan müsahibəsində bildirib.

Ölkə lideri islahatın məqsədinin parlament sədrinin dövlət idarəçilik sistemində əsas vəzifəyə çevirmək və bu vəzifəni özü üçün hazırladığı barədə iddiaları təkzib edib.

“Bu, fantaziyadır. Belə mühakimələr mənim siyasi prinsiplərimə ziddir. Mən dəfələrlə demişəm ki, Qazaxıstan prezident idarəetmə forması olan dövlətdir.

Səkkiz il əvvəl, Akordaya (prezident iqamətgahına – red.) gəlməmişdən əvvəl – “güclü prezident” – “nüfuzlu parlament”, – “hesabatlı hökumət” konsepsiyasını təqdim etmişdim.

Bütün dövlət sistemini şəxsi maraqlara görə dəyişmək son dərəcə məsuliyyətsizlik və deyərdim ki, vicdansızlıq olardı”, – Tokayev qeyd edib.

Loading

Next Post

Ötən il Azərbaycanda 41 nəfərə professor elmi adı verilib

Keçən il Azərbaycanda 146 nəfərə dosent, 41 nəfərə isə professor elmi adı verilib. Bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb. Belə ki, 38 nəfərə dosent, 7 nəfərə isə professor elmi adının verilməsindən imtina edilib.