Papoyan: Ermənistan və Azərbaycan şirkətləri müəyyən bir malın tədarükünü müzakirə edirlər

Oxunma vaxtı:20 Saniyə

Ermənistan və Azərbaycan iş adamları Ermənistandan Azərbaycana bir növ malın tədarükünün təşkili barədə danışıqlar aparırlar.

Bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib.

“Biz təklif etmişik. Hazırda konkret bir mal var (hansı ki, Ermənistandan Azərbaycana tədarük oluna bilər – red.) ki, onunla bağlı hər iki tərəfin biznes dairələri artıq danışıqlar və müzakirələr aparır”, – nazir qeyd edib.

Bununla belə, Papoyan söhbətin məhz hansı maldan getdiyini dəqiqləşdirməyib.(“Report”)

Loading

Next Post

İranda Laricani, Bəsic komandanı və gəmiçilərin dəfn mərasimi keçirilir

İranda ABŞ və İsrail hücumları nəticəsində öldürülmüş Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic komandanı Qulamrza Süleymani və “Dena” hərbi gəmisinin heyət üzvlərinin dəfn mərasimi keçirilir.Məlumatı “Tasnim” agentliyi yayıb. Bildirilib ki, onlar Tehranda Şəhrəkorddakı İnqilab meydanı, İmamzadəgan ziyarətgahının qarşısında dəfn olunacaq. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana […]